Chief Keef

Chief Keef
Ümumi məlumatlar
Doğum adı Keith Farrelle Cozart[2]
Ləqəbi Chief Keef[3]
Doğum tarixi 15 avqust 1995(1995-08-15)[1] (28 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 9
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri
Fəaliyyət illəri 2011-ci ildən
Janrlar hip-hop[d], drill[d], trep, qenqsta-rep[d], pank rep[d], hardkor hip-hop[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Chief Keef (əsl adı: Kit Farrel Kozart; 15 avqust 1995[1], Çikaqo[3]) — amerikalı repçi, müğənni, mahnı yazarı və musiqi prodüseri. Çikaqonun South Side bölgəsindən olan o, musiqi karyerasına yeniyetmə yaşlarında başlayıb və 2010-cu illərin əvvəllərində buraxdığı miksteyplərı sayəsində tez bir zamanda məşhurluq qazanıb.[4] Repçi 2012-ci ilin martında “I Don't Like” (Lil Reese-in iştirakı ilə) mahnısını buraxıb. Bu mahnı uğur qazanmış və ölkənin ən məşhur hit-paradı olan Billboard Hot 100-ə daxil olmuşdur. Mahnının populyarlaşmasından sonra sənətçinin həmyerlisi olan məşhur repçi Kanye Vest bu mahnının remiks versiyasını da yaratmışdır.

Chief Keef-ə müqavilə imzalatmaq üçün bir çox nüfuzlu musiqi şirkətləri gərgin rəqabətlər aparıblar. Sonda, çoxsaylı təkliflər və söz-söhbətlərdən sonra, Interscope Records sənətçi ilə müqaviləni uğurla təmin edərək qalib gələn iddiaçı olur. O, "Love Sosa" adlı sinqlını 2012-ci ildə buraxır. Bu mahnı, eyni ilin dekabrında çıxan "Finally Rich" adlı debüt studiya albomu ilə oxşar uğur qazanır. Chief Keef hip-hop alt janrı olan drillin populyarlaşdırılmasında mühüm rol oynamışdır.[5][6][7]

Chief Keef karyerasında silaha görə həbs olunmaq, ev dustaqlığına salınmaq və Çikaqoda konsertinə qadağa qoyulması kimi bir çox hüquqi problemlərlə üzləşib.[8] Chief Keef 2014-cü ilin sonlarında Interscope şirkəti ilə yollarını ayırıb. O, bundan sonra musiqisini müstəqil şəkildə, öz sahib olduğu Glo Gang adlı musiqi şirkəti vasitəsiə buraxmağa davam etmişdir. Sənətçi “Nobody” (2014), “Back from the Dead 2” (2014) və “Bang 3” (2015) albomlarını bu şirkət vasitəsilə yayımlayıb. Chief Keef 2020 və 2023-cü illərdə iki qonaq çıxışı ilə musiqi hit-paradlarında uğurunun zirvəsini yaşamışdır. O, Lil Uzi Vert-in “Bean (Kobe)” trekində iştirak edib, hansı ki, əhəmiyyətli çart uğuru qazanıb, həmçinin DreykinAll the Parties” mahnısındakı ifası ilə də diqqətləri cəlb edib.[9]

  1. 1 2 From the mag: Chief Keef at home.
  2. https://www.nbcmiami.com/news/local/Rapper-Chief-Keef-Arrested-in-Miami-Beach-After-Cops-Allegedly-Find-Sizzurp-in-Car-418762804.html.
  3. 1 2 3 Chief Keef // AllMusic (ing.). 1991.
  4. Jeffries, David. "Biography & History – Chief Keef". AllMusic. May 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2018.
  5. "Artist – Chief Keef". Pitchfork Media. May 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2018.
  6. Carter, Dominique. "Finally Rich: The Way That Chief Keef Has Influenced A New Generation of Artists". Hypefresh Mag. May 10, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 9, 2018.
  7. Barber, Andrew, "10 years ago, Chief Keef launched drill music into the mainstream", Mic.com, June 20, 2022, August 18, 2022 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: July 28, 2022
  8. Breihan, Tom. "Banned By Chicago Mayor, Chief Keef Says Hologram Show Will Go On In A Secret Location". Stereogum. July 23, 2015. May 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2018.
  9. Drake, David. "How Chief Keef became the most influential hip-hop artist of his generation". The Outline. February 12, 2018. May 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search